Baş Prokurorluqda yeni təyinatlar olub.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Kərimli buna təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.
Bundan başqa, Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.