Seçkiqabağı mitinq zamanı öldürülən Fernando Villavisensionun əvəzinə Ekvador prezidentliyinə namizəd olmuş, “Stroy” hərəkatının nümayəndəsi Kristian Surita seçki məntəqəsinə dəbilqə və gülləkeçirməz jiletlə gəlib.

"Unikal" xəbər verir ki, kadrları "Ecuavisa" telekanalı yayıb.

Siyasətçi bir neçə silahlı polisin müşayiəti ilə seçki məntəqəsini tərk edib. Digər seçki məntəqələrində çəkilmiş kadrlardan da göründüyü kimi, digər namizədlər də gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə, lakin şəxsi bədən zirehi olmadan səs veriblər.

Əlavə edək ki, dünən, avqustun 20-də Ekvadorda prezident və parlament seçkiləri keçirilib. Ən yüksək dövlət vəzifəsi uğrunda səkkiz namizəd mübarizə aparır. 

Səsvermə avqustun 9-da Kitoda seçki mitinqinə qatıldıqdan sonra öldürülən Villavisensionun sui-qəsddindən sonra tətbiq edilən fövqəladə vəziyyət şəraitində keçirilib.

 Gülayə Mecid