Nazirlər Kabinetinin qəbul etdiyi qərardan sonra market və ticarət mərkəzlərində vətəndaşlara təqdim edilən polietilen torbalar ayrıca məhsul kimi ödənişli təqdim edilməyə başlanıldı.
"Unikal" ARB-yə istinadən xəbər verir ki, bu paketlərin əvəzinə parça və kağız formasında torbaların təqdim edilməsi nəzərdə tutulsa da bu nədənsə baş tutmayıb.
Məlum qərarın icrasından 6 ay müddət keçməsinə baxmayaraq hələ də marketlərdən çıxan şəxslərin əlində yalnız polietilen torbalara rast gəlinir.