Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata əsasən, bu gün Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° olacaq.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacağı proqnozlaşdırılır.