Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti dəfə qəsdən yanğıntörətmə faktının üstünü açıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, avqust ayının əvvəlində Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 50 ha ərazidə sahədə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin Ağcabədi rayon sakinləri Rüstəmov Ruhin Vahid oğlu və Əliyev Həsən Xankişi oğlu tərəfindən qəsdən törədildiyi müəyyən olunub.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.