Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoya hücum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Pakistan ordusu yerli KİV-ə açıqlama verib. 

Bildirilir ki, hücumda 6 əsgərin həlak olub, hücumdan sonra atışmada 4 yaraqlı zərərsizləşdirilib, 2 yaraqlı isə yaralanıb.

Hücum edənlərin tutulması üçün bölgədə əməliyyatın başladığı qeyd edilib.

Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Pakistan "Taliban"ı (TTP) öz üzərinə götürüb.

Ağarza Elçinoğlu