Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olanlardan daha bir nəfərin meyiti tapılıb. 

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölən şəxsin meyiti axtarış əməliyyatlarının 20-ci günündə tapılıb.

Bununla da təbii fəlakət qurbanlarının sayı 29 olub. Daha 4 nəfərin meyitinin axtarışları davam etdirilir. 

Nuranə Abbasova