Batumidə əcnəbi “Orbi City” hündürmərtəbəli yaşayış kompleksinin 26-cı mərtəbəsindən yıxılaraq ölüb.

“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, insident səhər saat səkkiz radələrində baş verib. Təcili yardım maşını hadisə yerinə gələndə kişi keçinib. 

Həmin şəxsin hansı ölkədən olduğu məlum deyil. Hadisə yerində polis və kriminal ekspertlər işləyir. 

Nuranə Abbasova