Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin "X" hesabında bildirilib.

"Mən Finlandiyaya verdiyi hərbi və humanitar dəstəyə, sanksiyalara və Sülh Formulasının bir sıra maddələrinə birgə rəhbərlik etməyə hazır olduğuna görə təşəkkür edirəm. Finlandiyanı payızda keçiriləcək Müdafiə Sənayesi Forumumuzda iştirak etməyə dəvət etdim", - Zelenski paylaşımında qeyd edib.

****

Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, Macarıstan dövlət başçısı bu barədə "X" hesabında bildirib.

Kiyevdə olduğunu bildirən Prezident Novak, "Ukrayna uğrunda şəhid olanların xatirə divarının qarşısında ehtiramımı bildirdim", - deyə paylaşımda qeyd edib.

****

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza ilk dəfə Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Portuqaliya prezidentinin bu gün keçiriləcək Krım Platforması sammitində iştirakı gözlənilir.

****

Litva prezidenti Gitanas Nauseda Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün Kiyevə gedib.

“Unikal” xəbər verir ki, bu barədə Litva lideri Tviter səhifəsində yazıb. 

"Mən Ukraynanın Müstəqillik Gününü qardaş Ukrayna xalqı ilə birlikdə qeyd etmək üçün Kiyevə gəldim", - deyə Nauseda bildirib. 

O əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq, həmçinin Krım Platformasının sammitində iştirak etmək niyyətindədir.

Nuranə Abbasova