Yunanıstanda son sutka ərzində əsasən 90-dan çox yeni meşə yanğını ocaqları qeydə alınıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə brifinqdə yanğınsöndürmə xidmətinin mətbuat xidmətinin rəhbəri Yiannis Artopios məlumat verib.

“Son 24 saat ərzində 93 yeni təbii yanğın hadisəsi baş verib. Onların əksəriyyəti dərhal söndürüldü”, - deyə Artopios bildirib. 

Nuranə Abbasova