Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, Priqojinin ikinci təyyarəsi Moskva üzərində fırlanır. 

Priqojinin teleqram kanalı qeyd edir ki, təyyarə hazırda hava limanına doğru gedir. Ehtimal olunur ki, "Vaqner"in lideri həmin təyyarədə ola bilər. 

Qeyd edək ki, Tver vilayətində qəzaya uğrayan təyyarədə Priqojin də daxil olmaqla 10 nəfər olub. Rosaviasiya onların hamısının öldüyünü açıqlayıb. 

Ağarza Elçinoğlu