Rusiya Prezidenti Vladimir Putin Kursk döyüşündə qələbənin 80 illiyi şərəfinə keçirilən tədbirdə iştirak edib. 

"Unikal" xəbər verir ki, Rusiya liderinin tədbirdə çıxışı "Vaqner" PMC-yə məxsus təyyarənin Tver vilayətində qəzaya uğradığı vaxtla üst-üstə düşüb.

Bəzi rus teleqram kanalları Putinin keçmiş aşpazı və dostu Yevgeni Priqojinin ölümündən xəbərsiz olduğunu yazıb. Həmçinin, Putinin çıxışı zamanı tez-tez gülümsəməsi diqqət çəkib. 

Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində Priqojin daxil olmaqla 10 nəfər həyatını itirib.

Gülayə Mecid