"Mançester Siti" yarımmüdafiəçisi Bernardo Silva ilə müqaviləni uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Silvanın yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, portuqaliyalı futbolçu 2017-ci ildən “Siti”də oynayır. Bu müddət ərzində o, klubla birlikdə 15 titul qazanıb.

2022/2023 mövsümündə Silva "Mançester Siti"nin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 7 qol vurub və 6 qolun ötürməsini verib.