İsrail mümkün zəlzələlərə hazırlıq üçün genişmiqyaslı təlimlər keçirəcək.

“Unikal” xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu öz Teleqram kanalında bildirib. 

“Bu gün mən İsraildə baş verə biləcək zəlzələyə hazırlaşmaq üçün fövqəladə hallara hazırlıq üzrə nazirliklərarası komissiyanı çağırdım. Noyabrda biz genişmiqyaslı təlimlər keçirəcəyik, əhalinin erkən xəbərdarlıq imkanlarını təkmilləşdirəcəyik və ən təhlükəli yerlərdə yerləşən binaların gücləndirilməsinə çalışacağıq”, - deyə Netanyahu qeyd edib. 

Nuranə Abbasova