Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.
"Unikal" xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə kişi və qadınların yarışı keçirilib.
Yekun nəticələrə əsasən, Azərbaycan komandası növbəti dəfə uğur qazanıb. Belə ki, ölkəmizi dünya çempionatında təmsil edən Nigar Nəsirova qızıl medal əldə edib. Gümüş medala yığmamızın digər üzvü Nərminə Səmədova yiyələnib. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.
Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Sloveniya atleti Joze Çeper bürünc medala yiyələnib.
Kişilər arasında komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.