Qayanada İlet la Mere bölgəsində 34 nəfərlik turist qrupu qatil arıların hücumuna məruz qalıb. 

"Unikal" xəbər verir ki, hadisə nəticəsində bir turist ölüb, 33 nəfər yaralanıb. 

Xarici KİV-də qeyd olunan məlumata görə, şiş aşkarlanan turistin qolu amputasiya edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Aralarında 4 yaşlı uşaq da daxil olmaqla 4 nəfərin həyati təhlükəsi hələ də davam edir. Turislərin hər biri xəstəxanaya yerləşdirilib.

Ağarza Elçinoğlu