"Vaqner"in rəhbəri Yevgeni Priqojinin öldürülməsinin arxasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu dayanır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev bildirib. 

O, hesab edir ki, əgər Putin olsaydı, Priqojini aradan qaldırmaq üçün sırf FSB mexanizmi tətbiq olunardı: "Orada təyyarədə bomba və ya mühərrik sıradan çıxa bilərdi, onlar zəhərlənə bilərdi, Afrikada ov qəzası və s. çox şey ola bilərdi, amma təyyarə iki S-300 raketi ilə vuruldu. Məhz Priqojinin dostu Sergey Surovikinin yerinə təyinat olan gün. Mən belə təsadüflərə inanmıram, ona görə də, anladığımız kimi Priqojinlə şəxsi hesabı olan Sergey Şoyqu idi". 

Eks-deputat qeyd edib ki, Putinin Priqojini fiziki məhv etmək məqsədi olmayıb və Rusiya Federasiyasının prezidenti Şoyqudan belə qətiyyətli addım gözləmirmiş.

Ağarza Elçinoğlu