Oğuzda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov hadisə yerində ölüb. Qəza zaman 3 nəfər isə xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli