Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki,  qəza Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, "Daewoo" markalı avtobusla "Hyundai" markalı minik maşını toqquşub.

Hadisə nəticəsində minik maşının sürücüsü ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.