Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki, Xüsusi Əlaqələr Departamentinin rəis müavini Dmitri Bakaev öz kabinetində intihar edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb. 

Məlumata görə, SBU-nun şöbə müdirinin müavininin meyiti avqustun 25-də ofisdə tapılıb. Mərhum intihardan öncə yazdığı qeyddə ölümünə görə rəhbərliyi qərəzli münasibətə və daim şərəf və ləyaqətin alçaldılmasına görə günahlandırmağı xahiş edib.

Hazırda müstəntiqlər intiharın səbəblərini araşdırır, SBU-nun bir neçə əməkdaşı artıq dindirilib.

Ağarza Elçinoğlu