"Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu ADA Universitetinin Kompyuter mühəndisliyi ixtisasına qəbul olub.
"Unikal" xəbər verir ki, bu barədə Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında paylaşım edib. S. Orucova qeyd edib ki, böyük arzusu övladının İstanbul Texniki Universitetində və ya ADA Universitetində təhsil alması idi: "Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisasları üzrə qazandı".
Qeyd edək ki, N. Orucov Bakı Oksford Məktəbinin məzunudur.