Həftənin ilk "Səyyar qəbul otağı" Cəlilabad sakinlərinin ixtiyarında olub.
"Unikal" xəbər verir ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşlarla görüşərək onların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Görüş zamanı ünvanlanan müraciətlər əsasən küçə qaz xəttinin çəkilişi, fərdi qazlaşma və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.
Aksiyaya üz tutan hər bir vətəndaş fərdi olaraq dinlənilib, səsləndirilən müraciətlərlə bağlı lazımi izahatlar verilib.