ABŞ-də prezidentliyə Respublikaçılar Partiyasından namizəd, iş adamı Vivek Ramasvami gələn il dövlət başçısı seçiləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyinə söz verib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə, o, Rusiyanın əldə etdiyi ərazilər üzərində nəzarətini qəbul etməyə və Ukraynanın NATO-ya namizədliyini əngəlləməyə hazır olduğunu açıqlayıb. Ramasvami bütün bunları Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində edəcəyinə söz verib.

ABŞ prezidentliyinə namizədin fikrincə, istənilən sövdələşmə hər iki tərəfin xeyrinə olmalıdır.

“Mən sanksiyalara son qoyub Rusiyanı yenidən dünya bazarına çıxaracağam”, – o bildirib. 

Ramasvami ABŞ-ın Çinə qarşı siyasətini axmaq və yanlış adlandırıb. 

Qeyd edək ki, Vivek Ramasvami bir müddət əvvəl Rusiya və Çinlə münaqişə olacağı təqdirdə ABŞ-ın yox olacağını bildirmişdi.

Nuranə Abbasova