Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinə yeni rəis təyin edilib.
"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərov İnsan Resursları İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, bu vəzifəyə qədər Vüqar Vaqif oğlu Əsgərov İnsan Resursları İdarəsinin rəis müavini olub.