Aktyor Robert Dauni və prodüser həyat yoldaşı Syuzan Levin evliliklərinin 18-ci ildönümünü qeyd ediblər.
"Unikal" xəbər verir ki, aktyor sosial şəbəkədə 18 il əvvəl çəkilmiş arxiv fotosunu paylaşaraq "18 il. Sevgimiz hələ də çiçəklənir" deyə yazıb.
İzləyicilər cütlüyə təbriklərini yazıblar. Qeyd edək ki, Robertlə Syuzanın 11 yaşlı oğlu, 8 yaşlı qızı var.
Nuranə Abbasova