"RTÜK"ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"nin "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərarında dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, məhkəmə yayım şirkətinin etirazını haqlı hesab edib və serialın geridə qalan 3 həftə ekranlaşdırılmaması ilə bağlı qərarı ləğv edib.
Qeyd edək ki, ekran işində qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Qərara əsasən layihə 2 həftə ardıcıl yayımlanmayıb və telekanal bununla bağlı məhkəməyə müraciət edib.