Azərbaycanlı model və bloger Leyla Mirzəliyeva plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşıb.
"Unikal" xəbər verir ki, bloger sosial şəbəkədə bədənin çürüdüyünü qeyd edib.
Bildirib ki, süni gelləri bədənindən çıxartmaq üçün 1 aya 9 dəfə əməliyyat etdirib:
“Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm dua edin, kimin haqqına girmişəmsə haqqınızı halal edin”, – deyə qeyd edib.