Rusiyada xarici casus elan edilmiş yumorist Maksim Qalkinin Qazaxıstan konserti təxirə salınıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, onun Astana və Almatıdakı konsertlərinə mane olurlar.
“Hazırda dövlət səviyyəsində mənim konsertlərimə, sözsüz, qadağa var. Təəssüf edirəm, amma mən Qazaxıstanı sevirəm”, - deyə Qalkin bildirib.
Qeyd edək ki, avqustun 28-də Estoniyada Maksim Qalkinin konserti səbəbi göstərilmədən ləğv edilib. Konsert sentyabrın 15-də Tallində baş tutmalı idi.
Nuranə Abbasova