Tanınmış rus müğənni Alla Puqaçova məhkəməyə verilib.
"Unikal" xəbər verir ki, "Qazprom Mezhregionqaz" şirkəti müğənninin 15 min rubl borcuna görə məhkəməyə müraciət edib. Qeyd olunub ki, qaz təchizatı xidmətlərinə görə pul ödəməyib. Borc may və iyun ayları üzrə daxilolmalar üzrə yığılıb.
Yaxın vaxtlarda işə məhkəmədə baxılacaq.
Ağarza Elçinoğlu