Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
"Unikal" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.