"Show" telekanalında yayımlanan "Maviye sürgün" serialı final edəcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Damla Sönmez, Caner Cindoruk və Serkan Altunorakın paylaşdığı layihə 13-cü bölümdə izləyicilərə vida edəcək. Buna səbəb isə ekran işinin reytinqlərdə geriləməsi olub.

Qeyd edək ki, serialın 25 bölüm yayımlanması nəzərdə tutulmuşdu.