Müxalifətdən yeni təklif
12:36 29-03-2013
CƏMİYYƏT
Müxalifətdən yeni təklif
Hakimiyyət absurd şərtləri qəbul etməyəcək
Prezident seçkiləri yaxınlaşdıqca siyasi qüvvələrin manevri və təbliğat kompaniyası daha da genişlənir. Və buna paralel olaraq bel bir iddia da səsləndirilir ki, bu seçkilər kifayət qədər mürəkkəb olacaq və bu səbəbdən iqtidarla-müxalifət dayanmadan dialoqa başlamalıdırlar. Bunu da qeyd edək ki, son iki ay ərzində dialoq mövzusu müxtəlif formatda gündəmə gəlib. İndi isə müxalifətdən dialoqla bağlı yeni təklif gəlib.
“İctimai Palatanın hazırladığı “Demokratikləşmənin yol xəritəsi” proqramı reallaşsa, dialoqla bağlı durğunluğa son qoya bilər”. Bu sözləri İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn iqtidar-müxalifət münasibətlərindəki “dialoq böhranı”nı şərh edərkən bildirib.
Eks-baş nazir siyasi qüvvələr arasında böhranlı münasibətdən çıxmaq üçün Artur Rəsizadənin rəhbərlik etdiyi hökümətin istefaya göndərilməsini təklif edib.
“Böhrandan çıxış yolu kimi onu təklif edə bilərəm ki, hökümət istefaya getsin. Həmçinin yeni parlament seçkiləri keçirilməli və demokratik islahatlar aparılmalıdır”-deyə eks-baş nazir bildirib.
Qeyd edək ki, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu il dialoqun olması ilə bağlı açıqlama versə də, aparıcı müxalifət partiyaları bunu birmənalı qarşılamayıb. Həmçinin bu yaxınlarda Müsavat Partiyasının Divanının iclasında da dialoqla bağlı müzakirələr olub.
Bundan başqa YAP İcra Katibinin müavini Siyavuş Novruzov da dialoq üçün bir neçə dəfə müxalifətə təklif göndərdikləri barədə önəmli mesajlar verib. Amma müxalifət düşərgəsi onlara belə bir müraciət daxil olmadığını bildiriblər. Bir sözlə, dialoq məsələsi hələlik sözdə gündəmdədir. Belə demək olarsa, Azərbaycan siyasi müstəvisində “dialoq böhranı” yaşanır.İndi isə gəlin reallığa və həm də Pənah Hüseyinlinin təklifinə baxaq. Pənah Hüseyinlinin təklifi sözsüz ki, heç bir şəkildə hakimiyyət tərəfindən qəbul olunmayacaq. İlk növbədə ona görə ki, təklif əsasssızdır və prezident seçkilərini bir kənara qoyub nazirlər kabinetini buraxmaq, daha sonra isə parlament seçkilərinə getmək mümkün deyil. Digər tərəfdən isə bu təklif əslində hakimiyyətə hakimiyyətini təhvil verməkdən başqa nəsə deyil. Bu gün isə mövcud hakimiyyət siyasi proseslərə nəzarət edə bilir, hər hansı fövqəl olay baş verməyib və ən əsası hakimiyyətin bu gün güzəştə getməsi üçün qarşısında alternativ güc yoxdur. Yaxşı,bəs belə olan halda müxalifət nədən bu təkliflə çıxış edir? Ekspertlər hesab edir ki, əslində bu cəmiyyətə hesablanmış bir təklifdir və cəmiyyətdə belə bir ovqat yaradılır ki, güya hakimiyyət artıq idarəetməni itirib və buna görə güzəştlərə getməlidir. Əslində isə bu reallıqdan uzaqdır. Çünki bu gün hakimiyyətin durumu kifayət qədər qaydasındadır və demək olar ki, qərb institutuları artıq açıq şəkildə mövcud hakimiyyətə dəstəklərini verirlər. Bu gün hakimiyyətə qarşı müəyyən demarşlar həyata keçirən qüvvə Rusiyadır və hakimiyyət hazırda bu gücü zərərsizləşdirməklə məşğuldur. Belə bir məqamda müxalifətin verdiyi təklif isə sözsüz ki, qəbul olunmayacaq. Bundan başqa ,maraqlı bir sualda var; hakimiyyət müxalifətlə hansı mövzuda dialoq aparmalıdırki? Ekspertlər bildirir ki, məsələyə ciddi yanaşsaq bu gün dialoqun ümumiyyətlə mövzusu yoxdur. Çünki müxalifət bütün gücünü səfərbər edib ki, hakimiyyətə gəlsin, hakimiyyət isə öz iqtidarını ciddi şəkildə qorumaq gücündədir. Belə olan halda başlanacaq dialoqda effektsiz olacaq. Hazırda hesab edilir ki, dialoq mövzusu yalnız ümumilli məsələlər, o cümlədən Dağlıq Qarabağ mövzusu ilə bağlı ola bilər. Bu gün isə Dağlıq Qarabağ mövzusu ilə bağlı elə bir beynəlxalq təzyiq yoxdur və deməli səbəbsiz yerə bir ajiotaj yaşamaq mənasızlıqdır.
Sonda bunu da xatırladaq ki, dialoq mövzusu zaman-zaman ATƏT-in Bakı ofisi tərəfindən gündəmə gətirilmişdi və heç birində də real nəticə əldə olunmayıb. Güman edilir ki, yenə də ATƏT bu məsələnin üzərinə gələcək və əsas müzakirə mövzusu seçkiöncəsi mühit ola bilər. Amma bu məsələdə də hakimiyyət mövqeyini konkret nümayiş etdirib. Belə ki, müxalifət dəfələrlə bəyan edib ki, Seçki Məcəlləsində dəyişikliklər olsun və MSK-in tərkibi yenidən formalaşdırılsın. Hakimiyyət isə bu şərtləri heç bir halda qəbul etməyəcək. Bunu da qeyd edək ki, artıq seçkilərə də çox az zaman qalıb və bu işlərə yenidən başlamaq faktiki mümkünsüzdür. Beləliklə çıxarılan nəticə budur ki, yaxın illərdə siyasi tərəflərin hansısa dialoq masası arxasında oturmasını gözləməyə dəyməz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50