Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ"markalı minik maşını "Mercedes" markalı yük maşını ilə toqquşub.

Qəza zamanı minik maşınında olanlar 1975-ci il təvəllüdlü İlham Hüseynov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov