Keçmiş gəlini Canana Əməkdar artist Mətanət İsgəndərlini yenidən məhkəməyə verir.
“Unikal” xəbər verir ki, buna səbəb müğənninin “Yaxşıya doğru” proqramında keçmiş gəlini ilə bağlı qalmaqallı açqılamalar verməsidir.
“Onunla həyatı boyu barışmaram. Ondan nə gəlin olar, nə də gəlin olacaq. Kərim ailə qurub, övladı olub. Şükürlər olsun ki, indi gül kimi gəlinim var. Arada onunla (Canana – red.) uşaqlara görə danışıram. O, uşaq hayında deyil”, - deyə İsgəndərli bildirib.
Bu açıqlamalardan sonra Canana Mətanəti məhkəmə ilə hədələyib:
“Mətanət İsgəndərli, efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən. Mənim analığımı hər dəfə milyonlarla insanın qarşısında təhqir etdiyinə görə məhkəməyə verirəm. Axıtdığım göz yaşlarıma görə cavab verəcəksiz”.