Türkiyəli müğənni Sinan Akçıl yeni avtomobil alıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Tesla" markasına məxsus maşınına 3.2 milyon lirə ödəyib.

Qeyd edək ki, Akçıl "TOGG" markasına məxsus avtomobilə sahib olmaq üçün 2 maşınını satmışdı. Ancaq sənətçi nəqliyyat vasitəsini təhvil alana kimi maşınsız qalmamaq üçün "Tesla"nı alıb.