Amerikalı repçi Snup Doqq Azərbaycanın ərazisini Ermənistanınkı kimi təqdim edib.

"Unikal" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. 

Reper Azərbaycanın Qarabağ bölgəsini "Artsax" adlandıraraq bu sözləri yazıb:

"Əziz erməni xalqı, sizi düşünürəm və Ermənistanda, "Artsax"da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm".