Estoniya polisi Tallində rusiyalı aktyor Aleksey Panini sərxoş vəziyyətdə saxlayıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, Panin “mənzillərin qapılarını döyüb, qab-qacaqları sındırıb”. O, Estoniya polisi tərəfindən saxlanılaraq ayıqlıq məntəqəsinə göndərilib.
Mayın əvvəlində Rusiya İstintaq Komitəsinin Moskva şöbəsinin müstəntiqləri Paninə cinayət işi açıblar.
Paninin Krım körpüsündə terror aktına haqq qazandıran bəyanatlarına görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə ictimai çağırışlar və ya terrorçuluğa ictimai bəraət qazandırmaq) maddəsi ilə beş ildən yeddi ilədək həbsi nəzərdə tutulur.
Aktyor bir neçə ildir ölkəsini tərk edib və İspaniyada yaşayır.
Nuranə Abbasova