"Aynalı Tahir", "Pusat" və "Acı Həyat" kimi bir çox məşhur serialların rejissoru olan 58 yaşlı Aldulkadir Ceylan Ede bədbəxt hadisənin qurbanı olub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, tanınmış ad dostları ilə birlikdə Sapanca gölünə gedib.
Bir müddət göldə üzən Ede boğulma təhlükəsi ilə üzləşib və dostları onu sudan çıxarıblar. Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib. Təcili olaraq xəstəxanaya çatdırılan məşhur rejissoru xilas etmək mümkün olmayıb. Ürəyi dayanan rejissor Əskişehirdə dəfn olunacaq.
Gülayə Mecid