Azərbaycan əsilli Rusiya jurnalisti və teleaparıcısı Nailə Əsgərzadə doğma şəhəri Bakıya gəlib.
"Unikal" xəbər verir ki, o, bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.
"Bakıdan hər kəsə salam. Hər dəfə sevimli və doğma şəhərimlə görüşü səbirsizliklə gözləyirəm. Mərkəzdə gəzirəm və nostalji hiss edirəm. Budur Opera və Balet Teatrı, bir vaxtlar uşaq vaxtı valideynlərimlə baletdə olmuşam, bir az maşınla irəli getsəniz, bir vaxtlar həftə sonları bacım və qardaşlarımla gəzdiyimiz Şəlalələr parkı görünəcək. Qaqarin körpüsünün arxasında mənim ilk məktəbimdir və dənizdən çox uzaqda olmayan uşaq bağçası və keçmişdən qalan başqa yerlər. Çox uzaq, amma hər dəfə Azərbaycana gələndə xatirələrdə canlanan yerlər", - deyə Əsgərzadə qeyd edib.
Qeyd edək ki, Nailə Əsgərzadə 1987-ci dekabrın 13-də ildə Bakıda alim və həkim ailəsində doğulub.