Güclü külək Balakəndə fəsadlar törədib

"Unikal" xəbər verir ki, dünən axşam saatlarında Balakən rayonu ərazisində güclü külək əsib. Nəticədə rayonun Katex kəndində 80 evin, şəhər ərazisində isə 5 mərtəbəli yaşayış binasının dam örtüyü qopub.

Bundan başqa şəhər ərazisində irigövdəli ağacın aşması nəticəsində 2 avtomobilə ziyan dəyib.

Seymur Əli