Dünya şöhrətli aktyor Arnold Şvartsenegger həkim səhvinə görə ölümdən döndüyünü deyib.
"Unikal" xəbər verir ki, o, bu barədə qonaq olduğu "YouTube" kanallarının birinə danışıb.
Belə ki, aktyor 2019-cu ildə uğursuz ürək əməliyyatından sonra ölümə yaxın olduğunu açıqlayıb. O, “Terminator” filminin altıncı hissəsinin çəkilişindən əvvəl əməliyyat olunub. Həkimlər ona daxili qanaxma ilə bağlı xəbərdarlıq edib.
"Mənə əməliyyat zamanı səhv etdiklərini, ürəyimin divarını deşdiklərini və həyatımı xilas etmək üçün tez hərəkətə keçmək lazım olduğunu söylədilər", - deyə aktyor ifadə edib.
Onun sözlərinə görə, əməliyyatdan sonra sağalmaq onun üçün son dərəcə çətin olub. Aktyor həkimin məsləhəti ilə ağciyərlərindən müalicə aldığını deyib.
"Əks halda həkimlər mənim pnevmoniyadan öləcəyini dedilər. Bu çox dəhşətli idi".
Gülayə Mecid