Ermənistanın müdafiə naziri Suren Papikyanın Kipr Respublikasına səfəri ləğv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Kiprin müdafiə naziri Mixalis Yorqallas "X" sosial şəbəkəsində yazıb. 

Səbəb kimi Ermənistanda sərhəddə vəziyyətin gərginləşməsi göstərilib: "Bu gün Ermənistanda vəziyyətin gərginləşməsi ilə əlaqədar Kiprə planlaşdırılan səfəri ləğv edildikdən sonra erməni həmkarımla telefon danışığım oldu. Yaxın gələcəkdə, şərait imkan verən kimi görüşmək bizim qarşılıqlı istəyimizdir". 

Suren Papikyanın mətbuat katibi Aram Torosyan Papikyanın Kiprə səfərinin təxirə salındığını təsdiqləyib.

Ağarza Elçinoğlu