"TRT1" kanalında yayımlanan "Təşkilat" serialına yeni aktyor daxil olacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Cengiz Bozkurt rol alacaq. Daha çox komediya janrında olan layihələrdə yer alan aktyor bu dəfə mənfi obraz olan "Çetin"i canlandıracaq.

Qeyd edək ki, serialın baş rolunu Murad Yıldırım canlandırır.