Astana və Almatı rəhbərliyi oktyabrın əvvəlində yumorist Maksim Qalkinin konsertlərinin keçirilməsinə icazə verib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstandakı tədbirin təşkilatçısı, prodüser Aleksey Puçkov məlumat verib.
Onun sözlərinə görə, Astanada konsert oktyabrın 8-də “Qazaxıstan” Mərkəzi Konsert Salonunda, ALmatıda isə oktyabrın 9-da Respublika Sarayında keçiriləcək.
Qeyd edək ki, Rusiyada xarici agent elan olunmuş Qalkin bir müddət əvvəl Qazaxıstandakı konsertlərinin dövlət səviyyəsində ləğv olunduğunu açıqlamışdı.
Nuranə Abbasova