Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova məşhur aktrisa, İbrahim Tatlısəsin keçmiş xanımı Dərya Tuna ilə bir araya gəlib.
"Unikal" xəbər verir ki, Günel birlikdə çəkdirdikləri şəkli paylaşaraq "Mənim mənəvi anam, səni çox sevirəm" şərhini yazıb. Sənətçi gecədə qardaşı Tunar Rəhmanoğlu ilə səhnəyə çıxıb.
Dərya Tuna da onların səhnədə mahnı ifa edərkən çəkilən videosunu səhifəsində yayımlayıb.