İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7 kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

"Unikal" xəbər verir ki, bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumat verilib.

“Narkotik vasitə Yevlax rayon polis şöbəsinə təhvil verilib”, - məlumatda qeyd olunub/