Britaniyanın "Şerlok Holmsun sərgüzəştləri" serialındakı İren Adler obrazı ilə tanınan aktrisa Geyl Hannikatt vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

80 yaşlı aktrisanın London xəstəxanalarından birində vəfat etdiyi bildirilir. Onun nədən əziyyət çəkdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Hannikatt həmçinin “Tanrı olmaq çətin”, “Dallas” , “Fantomas” və digər layihələrdəki rolları ilə tanınır.