Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Heydar Əliyev prospektində qeydə alınıb. Agstafa rayon sakini Xəyal Musayevin idarə etdiyi "Volkswagen" və "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində VAZ-ın sürücüsü 29 yaşlı Zeynalabdin Həsənov xəsarət alıb.

Yaralı dərhal təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.