Bu gün saat 12:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.

Bu barədə "Unikal"a ADY-dən məlumat verilib.

APA-nın məlumatına görə, nəticədə traktorun sürücüsü Sabirabadın Xəlfəli kənd sakini, 1988-ci il təvəllüdlü Hümbətov Bəhruz Əliyusif oğlu hadisə yerində ölüb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.