Goranboyda ötən gün axşam saatlarından başlayan yağış bir sıra ciddi fəsadlar törədib.

"Unikal" xəbər verir ki, Rayonun Qarqucaq, Qazançı, Goranlı, Borsunlu, Qazanbulaq və Gürzallar yaşayış məntəqələrinə çaylardan və dağlardan sel suları gəlib. Fərdi təsərrüfatlara sel suları dolub. Rayonun Gürzallar kəndinə  gedən avtomobil yolunda hərəkət dayanıb və 37 yaşayış məntəqəsinin (12487 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. RİH yanında Fövqəladə Hallar Komissiyası selin qismən fəsad törətdiyi ərazilərdə   monitorinqlər aparır, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətlərində tədbirlər həyata keçirir.